Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aslanbek Alborov Avropa çempionatının bürünc medalını qazandı

Aslanbek Alborov Avropa çempionatının bürünc medalını qazandı

Tarix: 16 Fevral 2020 23:56

Azərbaycan Millisinin sərbəst güləşçisi Aslanbek Alborov İtaliyada keçirilən güləş üzrə Avropa çempionatının sonuncu günündə bürünc medal qazanıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, yarışların yeddinci günündə fevralın 16-da sərbəst güləşçilər medallar uğrunda mübarizə aparıblar.

Aslanbek Alborov (92 kq) təsnifat mərhələsində macar güləşçisi üzərində qələbə qazanıb. Ancaq dörddəbir finalda Türkiyə pəhləvanına məğlub olub. Rəqib finala yüksəldiyi üçün son yarış günündə yenidən xalça üzərinə çıxan A.Alborov təsəlliverici qarşılaşmada yerli idmançı italiya təmsilçisini vaxtından əvvəl üstələyib. Azərbaycan idmançısı bürünc medal uğrunda gərgin keçən qarşılaşmada Gürcüstan güləşçisi İrakli Mtsituriyə 2:0 hesabı ilə qalib gələrək yarışda bürünc medala sahib olub. Beləliklə, təmsilçimiz karyerasında ilk dəfə Avropa çempionatında fəxri kürsüyə qalxıb.


Etiketlər:  Aslanbek Alborov Avropa çempionatının bürünc medalını qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ