Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2020 08:06
Azərbaycan sərbəst güləşçisi Camaləddin Məhəmmədov (125 kq) Roma şəhərində keçirilən Avropa çempionatının sonuncu günündə yığmanın ikinci bürünc medalını qazanıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, 125 kiloqram çəki dərəcəsində çıxış edən Camaləddin Məhəmmədov əvvəlcə bosniyalı, sonra türkiyəli rəqibinə vaxtından əvvəl qalib gəlib. Lakin dörddəbir finalda Polşa güləşçisinə məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün C.Məhəmmədov mübarizəni fevralın 16-da davam etdirib. Təcrübəli güləşçimiz təsəlliverici görüşdə avstriyalı idmançıdan güclü olub.
Güləşçimiz bürünc medal uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Levan Berianidzeyə qalib gəlib.