Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İradə İbrahimovanın mahnısı plagiat çıxdı

İradə İbrahimovanın mahnısı plagiat çıxdı

Tarix: 17 Fevral 2020 15:15

Türkiyədə fəaliyyət göstərən məşhur müğənni İradə İbrahimovanın "Qızım" adlı mahnısı müzakirələrə səbəb olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin 14 fevralda təqdim etdiyi musiqi layihəsinin plagiat olduğu iddia edilib.

Müğənninin rəsmi "Youtube" səhifəsində yerləşdirilən bəstənin sözlərinin Əminə Kərimovaya, musiqisinin Muxtar Abseynova məxsus olduğu qeyd olunub. Lakin həmin mahnı "Unutursam fısılda" filminin musiqisindən bəhrələnib.

"Kirli beyaz kedi" adlı əsərin müəllifi də Kənan Doğuludur. Hətta mahnı bir müddət əvvəl Türkiyə mətbuatında Beren Saatın "Kənanın ən sevdiyim mahnısı" açıqlaması ilə gündəmi zəbt edib.

İradənin ifasındakı 3 dəqiqə 52 saniyədən ibarət mahnının istər girişi, istər melodiyası, istərsə də sözlərində oxşarlıqlar çoxdur.


Etiketlər:  İradə İbrahimovanın mahnısı plagiat çıxdı


RƏYLƏR