Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 08:24
"Apple" şirkəti parolsuz giriş standartının hazırlanması ilə məşğul olan "FIDO" (Fast Identification Online - "Sürətli onlayn identifikasiya") Alyansına yeni üzv seçilib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, təşkilatın tərkibinə informasiya texnologiyaları sahəsinin "Google", "Microsoft", "Samsung", "Amazon", "ARM" və "Intel" kimi liderləri, eləcə də böyük maliyyə şirkətləri (ING, Mastercard, Paypal və Visa) daxildir.
"FIDO" Alyansı biometrik autentifikasiya (barmaq izi skaneri, sifətin tanınması kamerası) və fiziki açarlar (USB-brelok, "ağıllı" saat) vasitəsilə asanlıqla oğurlanan və ya unudulan parolların əvəzlənməsinin tərəfdarıdır. Bu, bir saytda ələ keçirilən kodun digərində istifadə ehtimalını azaldır.
"Apple" şirkətinin alyansa üzvlüyü parolsuz autentifikasiya imkanının "iOS" və "macOS" sistemli əksər qurğulara quraşdırılacağı deməkdir. Hazırda dəstək məhduddur: məsələn, istifadəçilər "Mac" kompüterlərində bloklanmanı "Apple Watch" vasitəsilə sistemə daxil olmaqla və ya "Face ID" sifət skanerinin köməyi ilə şəxsiyyətlərini təsdiq etməklə çıxara bilirlər.