Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 11:14
“Mançester Yunayted”in sabiq qapıçısı Harri Qreqq 87 yaşında dünyasını dəyişib.
Qol.az xəbər verir ki, o, karyerasının böyük hissəsini “qırmızı-şeytanlar”da keçirib, bu komandada 200-dən çox oyunda meydana çıxıb. 1958-ci ildə “Mançester Yunayted”in futbolçularının da olduğu təyyarənin qəza uğraması zamanı Qreqq “Münhen qəhrəmanı” adı alıb. Həmin qəza zamanı sağ qalan Harri bir neçə komanda yoldaşını, baş məşqçi Mett Basbi və bəzi sərnişinləri xilas edə bilib. Onların arasında yuqoslaviyalı diplomatın hamilə həyat yoldaşı da olub.
Harri Qreq Şimali İrlandiya millisinin də qapıçısı olub (25 oyun). O, 1958-ci ildə dünya çempionatının 1/4 finalına qədər gələ bilib və Lev Yaşini qabaqlamaqla turnirin ən yaxşı qapıçısı olub.