Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan ATƏT PA-nın qış sessiyasında təmsil olunacaq

Azərbaycan ATƏT PA-nın qış sessiyasında təmsil olunacaq

Tarix: 18 Fevral 2020 14:09

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 19-dan 22-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaq.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, sessiya çərçivəsində ATƏT PA sədrinin, Baş katibinin hesabatları dinləniləcək, komitə iclaslarında "Uzadılmış münaqişələrin həll edilməsində ATƏT-in alət və mexanizmləri", "İqlim dəyişikliyinin təhlükəsizliyə təsirləri və bu sahədə parlamentarilərin rolu", "ATƏT regionunda antisemitizm, ayrıseçkilik və dözümsüzlüklə mübarizə" və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İclaslarda deputat Tahir Mirkişili çıxış edəcək, müzakirəyə çıxarılacaq sənədlərə münasibətini bildirəcək.


Etiketlər:  Azərbaycan ATƏT nın qış sessiyasında təmsil olunacaq


RƏYLƏR