Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 19:35
İş xanımı Ruhi Əliyevanın prodüserliyini etdiyi "Ağır romantik" filminin Türkiyədəki qalasında aktyorlar arasında gərginlik yaşanıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə "İkinci sayfa" məlumat yayıb.
Filmdə baş rolları Tuvana Türkay və Onur Tuna Canlandırıb. O.Tuna jurnalistlərə açıqlamasında "Filmi çəkərkən çox əylənmişik. Birlikdə gözəl səhnələrimiz oldu" deyə, söyləyib.
Daha sonra Tuvana açıqlama verərək "Mən "Biz çəkərkən çox əyləndik. Ümid edirəm ki, izləyənlər də bunu hiss edər" kimi şablon ifadələrə yer verməyəcəm. Heç kim filmini pisləməz" sözləri ilə aktyoru əsəbiləşdirib.
Onurun kameralara yansıyan üz ifadəsi gündəm olub. Sosial şəbəkə istifadəçiləri açıqlamasına görə aktrisanı qınayıb.
Qeyd edək ki, sənətçilər 7 martda filmin qalası üçün Bakıya gələcək.