Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 20:52
Türkiyədə 2013-cü ildə "Gəzi Parkı" hadisələrinə görə tutulan (2017) iş adamı Osman Kavala, iş üzrə ittiham olunan jurnalist Can Dündar, Ayşə Mücəlla Yapıcı, aktyor Mehmet Ali Alabora da daxil olmaqla 16 nəfərin bəraətinə qərar verilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Türkiyə Cümhuriyyəti hökumətini aradan qaldırmağa təşəbbüs" cinayəti ilə ittiham olunanlardan 9-u haqqında bəraət qərarı elan edilsə də, axtarışda olan 7 fərari haqqında çıxarılan qərar da dəyişdirilib. Belə ki, onlar barədə "ifadələrinin alınması üçün" saxlanılma qərarı çıxarılıb.
Qeyd edək ki, "Gəzi Parkı" hadisələrinə görə keçirilən 7-ci məhkəmə prosesini İsveç, Hollandiya, İtaliya səfirliklərindən nümayəndələr, CHP millət vəkili Sezgin Tanrıkulu, CHP İstanbul şəhər rəhbəri Canan Kaftancıoğlu, HDP millət vəkilləri Garo Paylan və Ahmet Şık izləyiblər.