Tarix: 19 Fevral 2020 14:24
Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.Qol.az xəbər verir ki, Superliqa təmsilçisini Bülənt Uyqun çalışdıracaq. Klubun vitse-prezidenti Kaan Şanlıkan yerli mətbuata müsahibəsində Uyqunla danışıqların müsbət nəticələndiyini və yaxın günlərdə onunla müqavilə imzalanacağını açıqlayıb.
Bülənt Uyqun bu vəzifədə istefaya göndərilən Mehmet Özdileki əvəzləyəcək.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis sonj olaraq “Kayserispor”u çalışdırıb.