Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azarkeşlər şikayət etdi, həbs olundu

Azarkeşlər şikayət etdi, həbs olundu

Tarix: 19 Fevral 2020 22:04

Almaniyanın 3-cü divizionunda keçirilən "Proysen Mnyuster" - "Kikkers" qarşılaşmasında insident yaşanıb.

Sonxeber.net kaspi.az-a istinadən bildirir ki, meydan sahiblərinin fanatlarından biri rəqibin futbolçusu Leroy Kvadvoya qarşı irqçi şüar səsləndirib. Ancaq onun bu hərəkəti digər azarkeşlər tərəfindən sərt etirazla qarşılanıb. Onlar "nasist, rədd ol burdan" deyərək, onu stadiondan qovublar.

Fanatlar bununla da sakitləşməyiblər. Onlar polisə şikayət ediblər. Polis həmin fanatı həbs edib. İndi onu, hərəkətinə görə cərimə və 5 ilə qədər həbs cəzası gözləyir.


Etiketlər:  Azarkeşlər şikayət etdi həbs olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ