Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Nə istəyirlər danışsınlar” - Abbasdan SƏRT SÖZLƏR - VİDEO - FOTO

“Nə istəyirlər danışsınlar” - Abbasdan SƏRT SÖZLƏR - VİDEO - FOTO

Tarix: 20 Fevral 2020 14:55

ARB TV-nin "Show News" verilişində əməkdar artist Abbas Bağırov ona söz atanlara cavab verib.

Sonxeber.net bildirir ki, o qeyd edib ki, öz işi və fəaliyyəti ilə məşğuldur, kiminsə atmacalarına əhəmiyyət verməyə vaxtı və həvəsi yoxdur:

"Bəziləri atmaca atırlar, elə mənim özümə də atmaca atanlar var. Mən onlara əhəmiyyət vermirəm, mənə onlar maraqlı deyil. Kimsə mənim üzərimdən reklam olunmaq istəyirsə, buna nail olmayacaq. Nə istəyirlər danışsınlar. Məni sevən insanlar bilir ki, hər zaman ailəmə bağlı insanam, öz işimlə məşğul olub, heç kimə əhəmiyyət vermirəm. Beynimi lazımsız məlumatlarla doldurmuram.

Vaxtilə ola bilər ki, kimləsə savaşım, kimlərləsə söz-söhbət edim, amma indi anlayıram ki, belə şeylər etmək olmaz, belə şeylərə görə vaxt itirməyə dəyməz".


Etiketlər:  istəyirlər danışsınlar Abbasdan SƏRT SÖZLƏR VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ