Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2020 18:30
“İlk ayım problemsiz keçdi. Klubda və şəhərdə hər şeydən məmnunan. “Milan”a gələndə onun böyük bir klub olduğunu görmək olar”.
Qol.az xəbər verir ki, bu sözləri mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirmiş Asmir Beqoviç deyib. Bosniyalı qolkiper ölkəsinin mətbuatına müsahibəsində “Milan”a transferindən danışarkən “Qarabağ”dakı çıxışının ona çox faydalı olduğunu bildirib:
“Qarabağ"da vəziyyət əla idi. Bir çox oyunlarda meydana çıxdığım üçün indi burada yüksək səviyyəli matçlara hazırlaşmaq çətin olmur".
Bosniya və Herseqovina millisinə qayıdışı ilə bağlı sualı cavablandıran təcrübəli qapıçı yenidən yığmada çıxış etməyə hazır oduğunu qeyd edib: "Millidə oynamaq mənim üçün problem deyil. Bilirəm ki, yığmanın qapısını qoruya bilərəm. Çünki təcrübəm var. Ən əsası, yaxşı nəticə qazanmaqdır. Yeni baş məşqçi Bajeviç ədaləti adamdır. Mənimlə görüşdü, xeyli söhbət etdik.
Beqoviç komanda yoldaşı Zlatan İbrahimoviçlə bağlı da danışıb: "Zlatan yaxşı futbolçu və yaxşı insandır. Tez-tez Bosniya dilində danışırıq, mədəniyyətimizi sevir. Düşünürəm ki, İbrahimoviç bizim mentalitetimizə sahibdir. O, əsl liderdir. Bəzən məndən ölkəmiz haqqında soruşur”.