Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Galaxy Fold 2 görünməz kamera ilə təqdim olunacaq

Galaxy Fold 2 görünməz kamera ilə təqdim olunacaq

Tarix: 20 Fevral 2020 21:20

Samsung yeni qatlanmış ekran modelində kameranı ekranın altına yerləşdirəcək. Beləliklə, Galaxy Fold 2 görünməz kamera ilə gələn ilk model olacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, Samsung ötən günlərdə yeni model Galaxy Z Flip-i qatlanmış ekranı ilə təqdim edib və vaxt itirmədən Galaxy Fold 2 üzərində işləməyə başlayıb.

Samsung gələn ilin iyul ayında Galaxy Fold-un varisini tanıdacaq.

İddialara görə, Samsung-un yeni qatlana bilən ekran modeli ön tərəfdə görünməyən kamera ilə olacaq.

Galaxy Fold 2-nin qiyməti 2000 dollar ətrafında olacaq.

Milli.Az


Etiketlər:  Galaxy Fold 2 görünməz kamera ilə təqdim olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ