Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2020 08:30
Yaponiyanın Kosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) Marsın peyki Fobosu tədqiq edəcəyi barədə planlarını açıqlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, JAXA-nın Marsın peykinə göndərəcəyi kosmik zond Fobosdan götürəcəyi süxur nümunələrini Yerə çatdıracaq. Bildirilir ki, bununla əlaqədar plan Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnika Nazirliyinin mütəxəssisləri tərəfindən bəyənilib.
Məlumat üçün qeyd edək ki, marsın Fobos və Deymos adlı iki peyki var. Tədqiqat məqsədilə zondun Fobosa 2024-cü ildə göndərilməsi və onun götürəcəyi süxur nümunələrinin 2029-cu ildə Yerə çatdırılması nəzərdə tutulur. Bu, ilk belə missiya olacaq.
Alimlər bu tədqiqatla Marsın peyklərinin yaranmasına və Günəş sisteminin planetlərinin formalaşmasına aydınlıq gətiriləcəyinə ümid edirlər.