Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cənubi Karolina ştatının qubernatoru 28 may tarixini Azərbaycan Günü elan edib (FOTO)

Cənubi Karolina ştatının qubernatoru 28 may tarixini Azərbaycan Günü elan edib (FOTO)

Tarix: 23 May 2019 00:24

Bakı. Trend:

ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster Azərbaycan Demokratik Respublikasının 101-cü ildönümü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar olaraq rəsmi bəyannamə verib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etmişdir.

Eyni zamanda sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Qeyd edilir ki, Azərbaycan son 28 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirmiş və hazırda vacib əhəmiyyətli regionlardan olan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Bəyannamədə, 2019-cu ildə, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi və Azərbaycan Demokratik Respublikasının 101 illiyinin qeyd olunması ilə əlaqədar olaraq 28 may tarixində Cənubi Karolinada və dünyanın digər yerlərində yaşayan Azərbaycanlılar tərəfindən Milli Gün olaraq qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı qeyd edilir.

Qubernator MakMaster imzaladığı bəyannamədə 2019-cu il 28 may tarixini Cənubi Karolina ştatında Azərbaycan Günü elan edir, Azərbaycan Respublikasına ən xoş arzularını çatdırır və ABŞ-da və dünyada yaşayan azərbaycanlıları bu bayramı qeyd etməyə dəvət edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Cənubi Karolina ştatının qubernatoru tarixini Azərbaycan Günü elan edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ