Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avroliqa matçında maraqlı hadisə: Babel yerə yıxılan rəqibini təqlid etdi - VİDEO

Avroliqa matçında maraqlı hadisə: Babel yerə yıxılan rəqibini təqlid etdi - VİDEO

Tarix: 21 Fevral 2020 12:20

Avropa Liqasının 1/16 final mərhələsinin "Xetafe" - "Ayaks" matçında maraqlı hadisə baş verib.

Milli.Az xəbər verir ki, İspaniya təmsilçisinin oyunçusu Allan Niom Rayan Babellə ikili mübarizə zamanı yerə yıxılıb. Hakimin oyunu dayandırması hollandiyalı futbolçunu özündən çıxarıb.

Rəqibinin hakimi aldatdığını düşünən Babel yerdə yuvarlanmağa başlayıb. Niomun ayağa qalxdıqdan sonra axsayaraq kənara çıxmasını görən Babel onu təqlid edib.

Qeyd edək ki, "Xetafe" - "Ayaks" qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Elçin Əlixan
Milli.Az


Etiketlər:  Avroliqa matçında maraqlı hadisə Babel yerə yıxılan rəqibini təqlid etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ