Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Tarix: 23 May 2019 01:06

Bakı. Trend:

Beyləqanda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Beyləqan rayonunun Birinci Şahsevən kəndində ümumi sahəsi 290 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli binanın dəhlizinə yığılan ev əşyaları 60 m² sahədə, tavanı 50 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ