Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2020 18:15
Hərbi hissələrdə səsvermə prosesi də digər seçki məntəqələrində olduğu kimidir, Seçki Məcəlləsi heç bir məntəqəni fərqləndirmir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, Azərbaycanda hərbi hissələrdə səsvermə açıq və şəffaf şəkildə keçir: "Bu məsələdə dünyanın heç yerində Azərbaycan qədər açıqlıq yoxdur. Seçicilərin səsini tənzimləmək üçün hər hansı hüquq norması yoxdur. Hərbi hissələrlə bağlı müxtəlif şikayətçilər öz narahatçılığını ifadə edir, ancaq burada bizim edə biləcəyimiz heç nə yoxdur".