Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2020 20:20
Türkiyənin Yalova vilayətində fahişəliklə məşğul olan azərbaycanlılar tutulub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, əməliyyatçılar beş hotel və 14 evdə eyni zamanda axtarış aparıblar.
Nəticədə, Azərbaycan, Özbəkistan və Qırğızıstandan olan 28 qadın və onları fahişəliyə məcbur edən 22 nəfər nəzarətə götürülüb.
Qadınlardan birində İİV (İnsanda İmmunçatışmazlığı Virusu), ikisində isə Hepatit B virusu aşkarlanıb.
Məhkəmə qərarına görə, hakim qarşısına çıxan 50 nəfərdən 13-ü həbs edilib.
Fahişəliklə məşğul olan qadınların ölkələrinə qaytarılması davam edir.