Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Enerji şirkətləri artan borc yükü ilə üzləşəcək

Enerji şirkətləri artan borc yükü ilə üzləşəcək

Tarix: 21 Fevral 2020 21:48

ABŞ-ın enerji sənayesinin qarşıdakı 4 il üzrə ümumi borcu 85 milyard dollardan çoxdur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "Moody's" reytinq agentliyinin analitiki Səccad Alam bu fikirdədir.

O, aşağı faiz dərəcələrinə baxmayaraq, borcalan şirkətlər üçün ciddi risklərin olduğu qənaətindədir.

Belə ki, təbii qazın qiymətinin ucuzlaşması, artan hasilat və şirkətlərin karbohidrogen axtarışı fəaliyyətlərini dayandırması bu sektor üçün ciddi risklər yaradır.

"Barclays" bankının maliyyə meneceri Nik Falın fikrincə, investorlar enerji sektorundakı riskləri getdikcə daha çox mənimsəyirlər. Əmtəə qiymətlərindəki son dalğalanma, yanvarın əvvəlindəki əməliyyat azalmalarını daha da gerilədib.

Enerji şirkətlərinin kəşfiyyat fəaliyyəti və ehtiyatlarının taleyi isə neft və təbii qazın qiymətindən asılıdır.

İnvestorlar və ticarətçilər qiymətdə kəskin artım olmadığı üçün təbii qaz istehsalçılarının maliyyələşmə xərclərinin yüksək qalacağını bildirirlər.


Etiketlər:  Enerji şirkətləri artan borc yükü ilə üzləşəcək


RƏYLƏR