Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2020 12:02
“Rubin”in yeni transferi Dmitri Tarasov mövsümün sonuna qədər sıradan çıxıb.
Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi məşq zamanı ağır zədə alıb. Komanda yoldaşlarından biri top uğrunda mübarizə zamanı onun ayağına sərt şəkildə toxunub. Futbolçunun ayaq sümüyün qırıldığını bildirilir.
Qeyd edək ki, Tarasov cəmi 3 gün əvvəl Kazan klubuna transfer olunmuşdu. Bu mövsümün ilk 6 ayını isə o, klubsuz qalmışdı.