Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2020 15:51
Hipertoniya - yüksək təzyiq, son illərdə gənclər arasında da tez-tez təsadüf edilir.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, əvvəllər bu xəstəlikdən daha çox yaşlılar əziyyət çəkirdisə, həkimlər hazırda cavanların da müalicə aldığını bildirir.
Bu xəstəliyin yaranmasında genetik faktorlarla yanaşı insanın həyat tərzi, qidalanması böyük rol oynayır. Tez-tez "fast-food" tipli qidalar qəbul etmək, enerji içiləri içmək bu riski olduqca artırır.
Müasir dövrümüzdə bu vərdişlərdən tamamilə əl çəkmək mümkün olmasa da, bəzi tədbirlərlə hipertoniyanın qarşısını ala, ən azından nəzarətdə saxlaya bilərik.
Darçın
Tədqiqatlar göstərir ki, darçından istafadə zamanı arterial təzyiq əhəmiyyətli dərəcədə aşağı düşür. Darçın eyni zamanda şəkər xəstəliyində də geniş istifadə edilir.
Sarıkök
Tərkibindəki kurkumin adlı antioksidant arterial təzyiqi iltihab əleyhinə olan xassələri hesabına effektiv şəkildə aşağı salır.
Hil
Tədqiqatçılar araşdırıblar ki, hil güclü sidikqovucu hesab edilir və bu xüsusiyyətinə görə də hipertoniyada geniş istifadə olunur.
Zəncəfil
Damarları genəldərək qan axımını bərpa edən zəncəfil eyni zamanda əzələlərin sıxılmasını zəiflədir.
Qara istiot
Bu ədviyyat ürək ritminin nəzarət edilməsinə və arterial təzyiqin tənzimlənməsinə yardım edən kaliumla zəngindir.