Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Saudi Aramco'' Səudiyyə Ərəbistanda ən böyük qaz yatağının kəşfinə başlayacaq

''Saudi Aramco'' Səudiyyə Ərəbistanda ən böyük qaz yatağının kəşfinə başlayacaq

Tarix: 22 Fevral 2020 23:10

Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco" təxminən 56,6 milyard kubmetr ehtiyatı olan Krallığın ən böyük "Cəfur" qaz yatağının kəşfinə başlayacaq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə şirkət açıqlamasında bildirilib.

Saudi Aramco Direktorlar Şurasının sədri Yasser Otman əl-Rumeyanın sözlərinə görə, "Cəfur" yatağının kəşfi şirkətin qlobal enerji sektorunda mövqeyinin güclənməsinə və dünyanın aparıcı enerji və kimyəvi kompleksinə çevrilməsinə kömək edəcək.

Mətbuat açıqlamasında "Saudi Aramco"nun 2024-cü ildə kəşfə başlayacağı qeyd olunur. Şirkət 2036-cı ilə qədər yataqda qaz hasilatının təqribən 62 milyon kubmetrə çatacağını gözləyir.


Etiketlər:  Saudi Aramco Səudiyyə Ərəbistanda böyük yatağının kəşfinə başlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ