Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusla əlaqədar İtaliyanın şimalında hərəkət məhdudlaşdırılıb

Koronavirusla əlaqədar İtaliyanın şimalında hərəkət məhdudlaşdırılıb

Tarix: 23 Fevral 2020 13:36

İtaliyanın şimalında koronavirus təhlükəsi ilə əlaqədar 50 min nəfərin yaşadığı 9 yaşayış qəsəbəsində hərəkət məhdudlaşdırılıb.

Sonxeber.net bildirir ki, APA-nın "Alman dalğası"na istinadən verdiyi məlumata görə, İtaliyada 79 nəfər koronavirusa yoluxub, 2 yaşlı şəxs ölüb.

İtaliya hökuməti sakinlərə həmin yaşayış qəsəbələrini tərk etmək qadağan edib.

Qeyd edək ki, virusa ən çox yoluxma Lombardiya əyalətində qeydə alınıb. Kodon şəhərində supermarket və restoranlar bağlanıb, insanlar küçələrdə maskalarla gəzirlər. Milanda isə bələdiyyə müəssisələri bağlanıb.


Etiketlər:  Koronavirusla əlaqədar İtaliyanın şimalında hərəkət məhdudlaşdırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ