Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2020 14:36
İranda yeni koronavirus (Covid 19) nəticəsində dünyasını dəyişənlərin sayı 8 nəfərə çatıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.
K.Cahanpurun sözlərinə görə, ötən bir sutka ərzində 3 nəfər koronavirus nəticəsində həlak olub.
Cahanpur əlavə edib ki, bir gün ərzində daha 15 nəfərin yeni virusa yoluxması qeydə alınıb.
Cahanpurun sözlərinə görə, 15 nəfərin 7-i Qum şəhəri, 4 nəfəri Tehran şəhəri, 2 nəfəri Gilan vilayəti, 1 nəfəri Mərkəzi vilayəti və 1 nəfəri Mazandaran vilayətindədir.
Nazirlik rəsmisi İranda indiyədək 43 nəfərin yeni koronavirusa yoluxduğunu təsdiqləyib.