Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2020 17:26
İtaliyada koronavirusa yoluxanların sayı 132 nəfərə çatıb.
Sonxeber.net bildirir ki, APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borelli bildirib.
Koronavirusa yoluxan 132 nəfərdən 2-i həyatını itirib, biri sağalıb. Hazırda 129 nəfər həkim nəzarətindədir.
Virusa yoluxma İtaliyanın dörd şimal əyalətində qeydə alınıb. Lombardiyada 88, Venetoda 24, Emilia-Romanye və Pyemontedə isə 9 nəfər virusa yoluxub.
A. Boreli deyib ki, zərurət yaranarsa, virusa yoluxanlar İtaliya Silahlı Qüvvələrinin karantin elan ediləcək obyektlərində yerləşdirilə bilər. Artıq bunun üçün kazarmalarda 5 min yer də hazırlanıb.