Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

1 ildir üzümü yağla yuyuram, nəticə inanılmazdır - Fərqli metod

1 ildir üzümü yağla yuyuram, nəticə inanılmazdır - Fərqli metod

Tarix: 23 Fevral 2020 21:12

Axşam makiyaj və havadan çirklənmiş dərini sabun, gel, kosmetik südlə yumaq tövsiyyə  edilir. Lakin yaponlar üzlərini yağla yuyurlar. 

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, üzü yağla yumaq dərini daha təmiz edir, canlandırır, cavanlaşdırır.

-Makiyaj qalıqları daha dərindən təmizlənir. BB kremlər yalnız yağla yaxşı yuyulur
-Dərinin rəngi yaxşılaşır

-Üzün tonu bərabərləşir, çünki məsamələrdəki toksinlər çıxır. 
-Dəri dartılmır, qurumur - digər yuyucu vasitələr dərinin təbii piy qatını yuyur, balansı pozur. Elə ona görə yağlı dəri daha da yağlanır, quru isə quruyur. Yağla bu problemlər olmur

-Dəri cavanlaşır - təbii yağlar antioksidant təsirlidir. Sərbəst radikalları zərərsizləşdirir. A və E vitaminləri də yağ kimidir. Onlarla üzün masajı dərini cavanlaşdırır

-Dəri nəmlənir, nəmlə doyur. Yağda olan turşular, vitaminlər dərinin epidermisinə keçir. Dəriyə oksigen bol təmas edir
Hansı yağdan istifadə etməli:

Maye sabun üçün olan qaba (şüşə olsa yaxşı olar) 10% miqdarda ayıpəncəsi yağı əlavə edirsiz. Qalan 80-90 faiz badam və ya üzüm çəyirdəyi yağı ola bilər. Eləcə də bura 10 damcı E vitamini damcıladın. Yaxşıca çalxalayın. 

Yağdan ovuclarınıza sıxıb onu sürtərək isidin, sonra üzünüzə yüngülcə masaj edin. 2 dəqiqə saxlayıb, adi su ilə yuyun. Salfetlə qurudun. Sonra kreminizi çəkin.


Etiketlər:  ildir üzümü yağla yuyuram nəticə inanılmazdır Fərqli metod


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ