Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 08:40
Türkiyənin Manisa əyalətində 4,7 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Akhisar şəhərindən 7 kilometr şimalda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.
Türkiyə KİV-lərinin məlumatına sasən, yeraltı təkanlar İzmir, Bursa və İstanbul şəhərlərində də hiss edilib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Xatırladaq ki, ötən gün İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətində 5,7 və 5,9 bal gücündə zəlzələlər baş verib. Zəlzələlər nəticəsində İranda 75 nəfər xəsarət alıb, Türkiyənin Van əyalətində isə 9 nəfər həlak olub, təxminən 50 nəfər xəsarət alıb.