Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çində koronavirusdan ölənlərin sayı 2592 nəfərə çatıb

Çində koronavirusdan ölənlərin sayı 2592 nəfərə çatıb

Tarix: 24 Fevral 2020 08:44

Çində yeni növ koronavirusdan daha 150 nəfər dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsindən bildiriblər.

Məlumata əsasən, ölkədə yeni növ koronavirusa yoluxanların sayı 77150 nəfərə çatıb, onlardan 2592 nəfər ölüb, 24734 nəfər isə sağalıb.

Bildirilir ki, ötən sutka ərzində 1846 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Milli.Az


Etiketlər:  Çində koronavirusdan ölənlərin sayı 2592 nəfərə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ