Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 10:50
İranda yeni koronavirusla mübarizə istiqamətində 5,3 trilyon rial (təxminən 126 milyon dollar) vəsait ayrılıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın Plan və Büdcə Təşkilatının sədri Məhəmməd Baqir Nobəxt "Twitter" səhifəsində yazıb.
M.Nobəxtin sözlərinə görə, İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki ilə danışıqlar aparılıb və vəsait nazirliyə ödənilib.
Nobəxt əlavə edib ki, hökumət koronavirusla mübarizə aparmaq və onun yayılmasının qarşısını almaq üçün maliyyə yardımları göstərməyə hazırdır.
Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək yeni koronavirusa 43 nəfərin yoluxduğunu və 8 nəfərin öldüyünü təsdiqləyib.