Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərhədi keçən iranlılar silahla vurulacaq

Sərhədi keçən iranlılar silahla vurulacaq

Tarix: 24 Fevral 2020 20:00

Türkmənistan İranla sərhədlərini bağlayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, buna səbəb İranda yayılan koronavirus təhlükəsidir.

İranla sərhəddəki Kaaxka və Qızıl Arvata sərhəd-keçid məntəqələrində sərhədçilər qoruyucu tibbi maska və respiratorlar istifadə edirlər.

Türkmənistan rəsmiləri tərəfindən İran səfirliyinə bildirilib ki, vətəndaşları neytral zonadan keçməsinlər.

Qanunu pozaraq sərhədi keçən iranlıların silahla vurulacağı xəbərdarlığı edilib.

Xatırladaq ki, İranda koronavirusun yayılması səbəbi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Əfqanıstan, İraq və Ermənistan bu ölkə ilə dövlət sərhədlərini bağlayıb.


Etiketlər:  Sərhədi keçən iranlılar silahla vurulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ