Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada ən yaşlı kişi dünyasını dəyişib

Dünyada ən yaşlı kişi dünyasını dəyişib

Tarix: 25 Fevral 2020 08:56

Yaponiyanın Niiqata prefekturasının 112 yaşlı sakini - bu ayın əvvəlindən dünyada ən uzunömürlü kişi kimi Ginnesin Rekordlar kitabına düşən Titetsu Vatanabe dünyasını dəyişib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə "Kiodo" agentliyi bildirib.

Bildirilir ki, Vatanabe 5 mart 1907-ci ildə doğulub, fevralın 23-də vəfat edib. Ən uzunömürlü kişi titulunun ondan əvvəlki sahibi də yaponiyalı olub. 113 yaşlı Masadzo Nonaka ötən il yanvarın 20-də dünyasını dəyişib.

Qeyd edək ki, yaponlar ənənəvi olaraq ən uzunömürlü insanların siyahısında ön pillələrdə yer alır. Dünyanın ən qoca qadını statusunun sahibi 117 yaşlı Kane Tanaka həm də ən uzunömürlü insan kimi Ginnesin Rekordlar kitabına düşüb.


Etiketlər:  Dünyada yaşlı kişi dünyasını dəyişib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ