Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan: ''2019-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 25 faiz artıb''

Ərdoğan: ''2019-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 25 faiz artıb''

Tarix: 25 Fevral 2020 11:26

2019-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 25 faiz artıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri ərəfəsində mətbuat konfransı zamanı deyib.

O xatırladıb ki, Bakıya sonuncu dəfə ötən il oktyabrın 15-də gəlib:

"Noyabrın 30-da isə azərbaycanlı həmkarım İlham Əliyevi Ankarada qəbul etmişəm. Azərbaycan Prezidenti ilə müxtəlf məsələləri telefonla müzakirə edirik".

R.T.Ərdoğan bildirib ki, iki ölkə arasında səfərlərin çoxluğu strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir:

"Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 25 faiz artıb, amma 2015-ci ildə qeydə alınmış 5 milyard dollar həcmindən azdır".

Türkiyə Prezidenti daha sonra qarşılıqlı investisiyalar barədə danışıb:

"Türkiyənin Azıərbaycana birbaşa investisiyaları 11 milyard dollara çatıb. Eyni zamanda Azərbaycanın Türkiyəyə investisiyaları 20 milyard dollar təşkil edir".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana gəlir.

Səfər zamanı R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.


Etiketlər:  Ərdoğan 2019 ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi faiz artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ