Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 15:16
Koronavirus Ermənistan hakimiyyəti daxilində böyük təşviş yaradıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "İrates" qəzeti yayıb.
"Hakimiyyətin bütün iqtisadi və siyasi planları məhv olmaq ərəfəsindədir. Narahatlığa əsas səbəb koronavirusun ölkədə planlaşdırılan referendumu məhv edəcəyidir. Belə ki, virusun yayılmasından qorxan kütlə Mənim Addımım Blokunun "Bəli" təşviqat mitinqlərinə qatılmaya bilər", - o bildirib.
Bununla belə hakimiyyətin koronavirusa görə Səhiyyə naziri Arsen Torosyanı qurban verəcəyi vurğulanıb. Hazırda bu istiqamətdə hakim blokdan olan deputat Narek Zeynalyanın hazırlıq apardığı bildirilib. Ümumilikdə əməliyyatın xaç atasının Baş nazirin müavini Tiqran Avinyan olduğu qeyd edilib.