Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkədə yaranan maska qıtlığı - VİDEO

Ölkədə yaranan maska qıtlığı - VİDEO

Tarix: 25 Fevral 2020 15:44

Çində tüğyan edən və bütün dünyanı təşvişə salan dəhşətli koronavirus epidemiyası tibbi maskalara tələbatı artırıb. Dünyadakı maska qıtlığı fonunda ölkəmizdə tibbi maskaların qiyməti qaldırılıb.

Sonxeber.net bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində məsələ ilə bağlı süjet yayımlanıb.

Sakin: "Satışa gətiriblər, satılmalıdır. Qiyməti elə ona görə qaldırıblar ki, guya xəstəlik var. Bu da bir növ biznesdir. Bəziləri bu virusdan yararlanıb maskaların qiymətini qaldırır, maskadan gəlir əldə etməyə çalışır".

Eyyub Hüseynov - AİB-sədri: "Tələb artanda, həmişə qiymət qalxır, keyfiyyət aşağı düşür. Bu gün mənə 4 zəng gəlib regionlardan. Saatlıdan da bir zəng gəlib. Ümumiyyətlə, tibbi maskalar tapılmır. Və görünür, bu tapılmamazlıq ona gətirəcək ki, tibbi maska alverçiləri meydana çıxacaq. Aptekdən kənar satılmalar meydana çıxacaq və s.".

Bir neçə həftə əvvələ qədər 1 ədədi 5-10 qəpiyə satılan qoruyucu maskalar hazırda apteklərdə 3-4 dəfə baha satılır. Aptekçilər bunu ölkədə yayılmış qrip və dünyanı təşvişə salan koronavirusla izah edirlər. Azərbaycanda da Çindən gələnlərin karantinə alınması və həyəcanlı xəbərlər maskanın qiymətinə təsir edib.

Əczaçı ilə söhbət:

-         Qiymətlər bahalaşıb düzdür?
-         Əlbəttə bahalaşıb.
-         Nə qədər qalxıb qiymətlər?
-         50 qəpiyə, çünki əldə satanlar baha satır.

Rəşad Həsənov - İqtisadçı: "Koronavirusun artıq region ölkələrində ortaya çıxması və ölüm hallarının olması Azərbaycanda bu virusun yayılma riskini birdən-birə kəskin şəkildə artıran faktor kimi çıxış edir. Bu da bazarda artıq qeyd edilən tibbi ləvazimatlara o cümlədən dərman məhsullarına tələbi artırır".

Əksər apteklərdə isə nəyinki qiymət qaldırılıb, hətta tibbi maskaları tapmaq belə mümkün deyil. Son günlər tələbatın çox olması belə bir mənzərənin yaranmasına səbəb olub.

Rəşad Həsənov - İqtisadçı: "Dövlət büdcəsi tərəfindən Azərbaycanda tibbi ləvazimatların istehlakı var dövlət xəstəxanalarında. Hökumət müxtəlif formalarda əlində olan ehtiyatlardan istifadə edərək, onları ödənişsiz şərtlərlə müraciət edən vətəndaşlara təklif etməklə müəyyən qədər bazarda yaranmış bu təzyiqi neytrallaşdıra bilər".

Qeyd edək ki, Nazirlər Kabineti bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair qərar verib.


Etiketlər:  Ölkədə yaranan maska qıtlığı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ