Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 23:40
Suriyanın Dəməşq şəhərində sutka ərzində ikinci partlayış baş verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Suriyanın dövlət agentliyi "SANA" bildirib.
İlkin məlumatlara görə, söhbət minalanmış avtomobildən gedir.
Ölən və yaralananlar barədə məlumat verilməyib.
Qeyd edək ki, fevralın 24-də axşam saatlarında paytaxt "Tişrin" stadionunun yaxınlığında minalanmış avtomobil partlayıb. Hadisə nəticəsində 1 mülki şəxs həlak olub, digər bir şəhər sakini qəlpə yarası alıb.