Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2020 13:18
Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” - “Barselona” matçında (1:1) tribunalarda maskalı fanatların çoxluğu diqqət çəkib.
Qol.az xəbər verir ki, İtaliyada koronavirus xəstəliyi yayıldığından azarkeşlər bu addımı atıb. Bu problem səbəbindən A seriyasının bəzi oyunları təxirə salınıb, bir sıra matçların isə azarkkeşsiz oynanılmasına qərar verilib.
Amma bu, ÇL-in “Napoli” – “Barselona” matçına təsir etməyib. Çünki Neapol virusun yayıldığı şəhərlərdən xeyli uzaqda yerləşir. Buna baxmayaraq, fanatlar ehtiyat tədbiri kimi dünənki görüşə kütləvi halda maska taxaraq gəliblər.
Yuxarı