Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2020 16:22
"Bəşər tarixində xüsusi həyasızlıq və qəddarlıqla törədilən cinayətlər az deyil. Bütün dünya Holokost faciəsini, Belarusun Xatın kəndinin məhv edilməsini və digər dəhşətli cinayətləri xatırlayır. Azərbaycanın Dağlıq Qarabağdakı Xocalı şəhərinin faciəsi də unudulmayıb", - deyə Rusiyanın "Dni.ru" qəzetinin müxbiri Fyodor Lopırev yazır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məqalədə həmin müdhiş günlərin hadisələri barədə danışılır. Qəzet yazır ki, 1992-ci ilin fevral hadisələrindən sonra Xocalıda müsəlman qalmadı. Xocalı faciəsi XX əsr ərzində bir sıra müsibət və iztirablardan çıxmış Azərbaycan xalqının bir çox cəhətdən çətin həyatını əks etdirir. Sovet dövründə müsəlman sakinlər ardıcıl surətdə Ermənistandan sıxışdırılaraq çıxarılıblar: təkcə İosif Stalinin dövründə 150 min azərbaycanlı doğma yurd-yuvalarından deportasiya edilib", - deyə məqalədə vurğulanır.
Müəllif sonda yazır: "Xocalı hadisələri barədə xatirə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün mühümdür. Xalqlar bilməlidir ki, azğın millətçilik və dözülməzlik hansı nəticələrə gətirib çıxarır. Məşhur ispan məsəlində deyilir ki, dərrakənin yuxusundan yırtıcı törənir. Baş verənlər haqqında xatirə ksenofobiya yırtıcıları üçün ən yaxşı silahdır. Yalnız bu yolla Holokost, Xatın və Xocalıya bənzər müsibətlərdən yaxa qurtarmaq mümkündür".