Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2020 17:36
Türkiyədə koronavirusa yoluxanlar yoxdur.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.
Nazir bildirib ki, hazırda infeksiyanın Türkiyəyə daxil olmasının qarşısını almaq üçün tədbirlər görülür: "İrandan təxliyə olunan Türkiyə vətəndaşları arasında koronavirusa yoluxan yoxdur".
F.Qoca əlavə edib ki, Türkiyənin İranla sərhədindəki dörd sərhəd-buraxılış məntəqəsində səhra hospitalları fəaliyyət göstərəcək.
Xatırladaq ki, ötən gün Türkiyə öz vətəndaşlarının İrandan təxliyəsinə başlayıb.