Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2020 20:56
Avropa Birliyinə 14 üzv ölkə Suriya rejimini və dəstəkçilərini İdlib bölgəsinə hücumları dayandırmağa və 2018-ci ilin yazında qəbul olunan atəşkəsə əməl etməyə çağırıb.
Sonxeber.net "Qafqazinfo"ya ortalına istinadən xəbər verir ki, bu barədə 14 ölkənin Xarici İşlər naziri ortaq bir məqalə hazırlayaraq bəyanat yayıblar.
"Onları hücumları dərhal dayandırmağa, beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərini yerinə yetirməyə çağırırıq", - deyə məqalədə qeyd olunub.
Həmçinin humanitar yardımların Suriyanın şimal-qərbinə köçürülməsinə maneə yaratmamaq tələb olunub.
Xatırladaq ki, son günlər Suriyada rejim və dəstəkçilərinin İdlibə hava hücumları nəticəsində 10-u uşaq olmaqla 20 insan həlak olub.