Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2020 21:42
Nazirlər Kabineti "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası"nı təsdiq edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Bu qayda "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.4-cü yarımbəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanb və elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydasını müəyyən edir.
Bu qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti səlahiyyətli nəzarət qurumu həyata keçirir.
Qərar dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.