Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2020 22:18
İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb.
Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, koronavirusdan sağalma halları Qum, Gilan, İsfahan, Əlburz, Gülüstan, Mərkəzi, Hormozqan və Kermanşah əyalətlərində qeydə alınıb.
Bildirilir ki, yeni növ koronavirusdan ən çox sağalma halı - 30 - Qum əyalətində qeydə alınıb.
Qeyd edək ki, İranda yeni növ koronavirusa 139 nəfər yoluxub, onlardan 19 nəfəri ölüb.