Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus daha iki ölkədə qeydə alındı

Koronavirus daha iki ölkədə qeydə alındı

Tarix: 27 Fevral 2020 11:18

Covid-2019 koronavirusuna yoluxma faktı daha iki ölkədə aşkar edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, faktlardan biri Danimarkada qeydə alınıb.

Yerli TV2 telekanalının əməkdaşının İtaliyada dağ kurortunda istirahətdən qayıtdıqdan sonra koronavirusa yoluxduğu məlum olub. Hazırda o, karantinə alınıb.

Onun yoldaşında və övladında virus aşkar edilməyib.

Bundan başqa, Estoniyada İrandan gəlmiş bir kişidə koronavirus müəyyən edilib. Onun Estoniya vətəndaşı olmadığı deyilir.

Hazırda koronavirus 40-a yaxın ölkədə yayılıb.

Milli.Az


Etiketlər:  Koronavirus daha ölkədə qeydə alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ