Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 12:36
İsveçdə daha bir nəfər yeni növ koronavirusa yoluxub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə İsveçin Səhiyyə Agentliyindən bildiriblər.
Qeyd edilir ki, yoluxma faktı İtaliyadan səfərdən qayıdan şəxsdə aşkar edilib.
Xatırladaq ki, İsveçdə ilk yoluxma halı yanvarın 31-i qeydə alınıb.
Xatırladaq ki, yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı ümumilikdə 78,4 mini ötüb, onlardan 2744 nəfəri ölüb, 29,7 min nəfər isə sağalıb.