Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus'' PSJ-nin futbolçusu ilə razılığa gəldi

''Yuventus'' PSJ-nin futbolçusu ilə razılığa gəldi

Tarix: 23 May 2019 17:08

PSJ-nin futbolçusu Markinyos karyerasını "Yuventus"da davam etdirə bilər.

Qol.az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı xəbərə görə, 25 yaşlı müdafiəçi Turin klubuna keçməyə razılıq verib. Amma Paris təmsilçisinin onu 60 milyon avrodan aşağı qiymətə satmağı planlaşdırmadığı bildirilib.

"Yuventus"un futbolçusu Miralem Pyaniçlə Markinyosu dəyişməyə hazır olduğu iddia olunub.

Qeyd edək ki, Markinyosun PSJ ilə müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.

 


Etiketlər:  Yuventus futbolçusu ilə razılığa gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ