Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda “İslam ölkələri könüllülərinin beynəlxalq forumu” keçirilib - FOTO

Bakıda “İslam ölkələri könüllülərinin beynəlxalq forumu” keçirilib - FOTO

Tarix: 27 Fevral 2020 15:42

Bu gün Bakıda "İslam ölkələri könüllülərinin beynəlxalq forumu" keçirilib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, tədbirdə 42 ölkədən 80-ə yaxın nümayəndə iştirak edib.
Gənclər və İdman Nazirliyi tərəfindən "Könüllülər ili" çərçivəsində təşkil olunan forumun məqsədi gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsi və gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməkdir.

Tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, könüllülük hərəkatının 100 ildən artıq tarixi var: "İlk vaxtlar könüllülər əsasən hərbiçilərdən ibarət idi, onlar xilasetmə və dəstək işlərinə cəlb olunurdular. Bu gün isə artıq könüllülük prinsipləri dəyişib. Artıq könüllər sosial məsələlərə, idman, mədəniyyət, ətraf mühit və digər sahələrə cəlb edilirlər".

Nazir vurğulayıb ki, Azərbaycan könüllülük fəaliyyətini aktiv dəstəkləyən ölkələrdən biridir: "Azərbaycanda 2009-cu ildə "Könüllülük haqqında" qanun qəbul edilib. Bu gün ölkəmizdə könüllülərin sayı sürətlə artır. Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə könüllülər fəal şəkildə iştirak ediblər".

Daha sonra tədbir çıxışlarla davam etdirilib.


Etiketlər:  Bakıda İslam ölkələri könüllülərinin beynəlxalq forumu keçirilib FOTO


RƏYLƏR