Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Messi mənim etdiklərimi bacarmazdı” - Maradona

“Messi mənim etdiklərimi bacarmazdı” - Maradona

Tarix: 27 Fevral 2020 17:28

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona növbəti dəfə həmyerlisi Lionel Messi haqda danışıb.
 
Qol.az xarici "AS"-a istinadən xəbər verir ki,  59 yaşlı sabiq oyunçu jurnalistin “Messi gələcəkdə “Napoli”də çıxış edə bilərmi?” sualına belə cavab verib:

“Messi hazırda eniş dövrünü keçirir. Amma o, mənim yaşadığım həyatı yaşamayıb. Messi “Napoli”də oynaya bilər. Amma açıq danışaq, mənim etdiklərimi bacarmazdı. “San Paolo” stadionunun Dieqosu olsa da, ümid edirəm ki, “Napoli” azarkeşlərinin bir Messisi olar”.

Qeyd edək ki, D.Maradonanın 1984-1991-ci illərdə formasını geyindiyi “Napoli” Çempionlar Liqasının 1/8 finalında “Barselona”nın rəqibidir. Komandalar arasında ilk oyun 1-1 hesabı ilə başa çatıb. Cavab isə görüşü martın 18-i keçiriləcək.

 


Etiketlər:  Messi mənim etdiklərimi bacarmazdı Maradona


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ