Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 21:00
Rusiyanın Təbii Sərvətlər və Ekologiya Nazirliyi Arktikanın Rusiya hissəsində ağ ayıların sayımını həyata keçirəcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, proses 2024-cü ilədək başa çatacaq.
Qeyd olunur ki, ağ ayıların sayımı bu növün hazırkı statusunu müəyyənləşdirmək üçün həyata keçirilir.
Bununla belə, heyvanların yayılma arealının genişliyi və kəskin iqlim şəraiti ilə əlaqədar bütün heyvanları saymağın mümkün olmayacağı bildirilir.
2013-cü ilə olan məlumata əsasən, Rusiya ərazisində 5-7 min ağ ayı mövcuddur.