Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 23:48
Bakının Səbail rayonunda beşmərtəbəli binada yanğın baş berib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, yanğın rayonun Aqil Quliyev küçəsi 10 ünvanında qeydə alınıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Dərhal bina sakinləri təxliyyə edilib. Təhlükəsizlik məqsədilə binanın elektrik enerjisi müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, yanğın binanın zirzəmisində məişət tullantılarının alışması nəticəsində baş verib.