Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oynaq xəstəlikləri üçün krem

Oynaq xəstəlikləri üçün krem

Tarix: 28 Fevral 2020 21:06

Artroz, artrit, radikulit və ostexondroz kimi oynaq xəstəliklərində əvvəlki illərlə müqayisədə indi daha çox "cavanlaşma" müşahidə olunur. Həmin xəstəliklər zamanı getdikcə hərəkət məhdudiyyətlərinə görə bel yırtığı, maddələr mübadiləsinin pozulması və gəzmək imkanının məhdudlaşması nəticəsində kürək, boyun və oynaqlarda ağrılar əmələ gəlir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Rusiyada dayaq-hərəkət sistemi hərəkətləri üzrə metodiki-bərpa mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Valentin Dikul oynaq xəstəliklərinin fəsadlaşmasının qarşısını almaq üçün yeni krem hazırlayıb. Krem artrit və artrozla, eləcə də bir sıra digər oynaq ağrıları ilə mübarizədə sınaqdan keçirilib. Onun köməyi ilə ağrıların səbəbi aradan qalxır, onurğa sümüyü və oynaqlar əvvəlki vəziyyətinə qayıdır. Kremin tətbiqi xəstəni təkcə ağrılardan xilas etmir, həm də onu tam sağlam həyata qaytarır, orqanizmin bərpa olunmasını və zədələnmiş hüceyrələrin yenilənməsini təmin edir.


Etiketlər:  Oynaq xəstəlikləri üçün krem


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ